12 fevral 2019 10:39
850

Diz ağrılarından necə xilas olaq?

Diz ağrısı bütün yaş qruplarında özünü büruzə verir. Kalsifikasiya, meniskus yırtığı, qığırdaq yaralanması, qığırdaq yumşalması kimi amillər ağrının ortaya çıxmasında təsirli ola bilər. Passiv həyat və həddindən artıq çəki bu gün hər cür xəstəliyə səbəb olmaqla yanaşı, dizlərdə də problem yaranmasına səbəb olur.

Gənclər tərəfindən geyilən həddindən artıq dar şalvarlar, daim ayağı ayağın üstünə qoymaq, uzun müddət maşın sürmək və D vitamini çatışmazlığı diz ağrılarına səbəb ola bilər.

Gün ərzində etdiyimiz səhvlər

*Uzun müddət oturmaq diz ətrafındakı əzələlərə mənfi təsir edir. Oturarkən dizin uzun müddət bükülü vəziyyətdə qalması diz qapağının yeyilməsinə səbəb ola bilər. Bu vəziyyət dizlərdə yeriyərkən səslərin, sızıltının meydana gəlməsi və xəstəlik daha da irəlilədiyi zaman ağrılarla özünü göstərir.

*Xüsusilə stol arxasında işləyən, idmanla məşğul olmayan gənclərdə əzələ zəifləməsinə, dolayısı ilə də dizlərin asanlıqla zədələnməsinə səbəb olur.

*Çox dar şalvarlar geyinmək ayaqlarda qan dövranı problemi yarada bilər. Bəzi səthi sinirləri sıxıb ağrılara səbəb ola bilər.

*Uzun müddət ayağı ayağın üstünə qoyaraq oturmaq diz qığırdağı yeyilməsi problemi olanlarda artmasına səbəb ola bilər və qan  laxtalanması riski olan insanların həyati təhlükəsini artıra bilər. Bu vəziyyətdə yüksək qan təzyiqi olanlarda qan təzyiqinin daha da artdığını göstərən bəzi tədqiqatlar var.

*Sükan arxasında keçən uzun saatlar qığırdaq yeyilməsi və zədələnməsinə səbəb ola bilər. Tibbdə “patellafemoral ağrı sindromu” adı ilə məlum olan dizönü ağrı meydana gələ bilər. Uzun müddət sabit vəziyyətdə oturmaq, uzun müddət maşın sürmək, pilləkənlərdən çox istifadə etmək ağrının əsas səbəbləridir. Meniskus yırtığı adlanan problem bel ağrılarına da səbəb ola bilər. Diqqətlə araşdırıldıqdan sonra diaqnoz qoyulmalıdır. Qarşısını almaq üçün ayaq, ayaq biləyi məşqləri edilməli, davamlı olaraq eyni  vəziyyətdə qalmamağa çalışmaq lazımdır.

Soyuq havada artan ağrı nəyin xəbərçisidir?

Havaların soyuması ilə əlaqədar dizlərdə özünü sızıltı formasında göstərən ağrıların səbəbi revmatizm, diz qapaqlarında və ya qığırdaqda yaranan xəstəliklər ola bilər.  Soyuq və rütubətli havalar da ağrılara səbəb olur.

Soyuq havada diz ağrısı olan insanların ağrısı ortopedik cərrah tərəfindən araşdırılmalıdır. Həddindən artıq çəkidən qurtulmaq, qalın geyinmək, idmanla məşğul olmaq, lazım olsa həkimin nəzarəti ilə dərmanlar və vitaminlər qəbul etmək faydalıdır.

Röya Rasimqızı