15 sentyabr 2020 23:11
608

Dırnaqlarınızı  gücləndirmək istəyirsinizsə...

Qış aylarında havaların soyuq keçməsi səbəbindən dırnaqlar təəssüf ki, mövsümi keçid zamanı zəifləyə və qırıla bilər. Qırılmış dırnaqlarınızdan  şikayət edirsinizsə və evdə tətbiq edə biləcəyiniz təbii vasitələr axtarırsınızsa doğru yerdəsiniz. Qırılmış dırnaqlarla mübarizə aparmaq üçün istifadə edə biləcəyiniz üsulları sizlərə təqdim edirik.

Zeytun yağı

Zeytun yağı dırnaqlarınız üçün əla bir nəmləndiricidir. Mütəxəssislər zədələnmiş dırnaqları düzəltmək üçün çox zaman zeytun yağını seçirlər. Zeytun yağının möcüzəvi təsirlərindən faydalanmaq üçün bir neçə damla zeytun yağı dırnaqlarınıza tökərək və masaj edərək tətbiq edin. Əlavə olaraq həftədə bir dəfə zeytun yağını  bir qaba qoya bilər, əl və ayaqlarınızı bu qabda beş dəqiqəyə qədər saxlaya bilərsiniz. Xüsusilə bu üsula yuxudan əvvəl üstünlük versəniz dırnaqlarınızın tez güclənməsinə kömək edir.

Avokado yağı

Avokado yağı son illərdə ən çox seçilən nəmləndiricilərdən biridir. Avokadonun möcüzəvi təsirlərindən faydalanmaq istəyirsinizsə, dörddə bir avokadonu yaxşıca əzib bir neçə damla zeytun yağı əlavə edib əllərinizə tətbiq edə bilərsiniz. Xüsusilə gecə istifadə etsəniz əllərinizi  yumamağa çalışın. Dırnaqlarınız tez-tez qırılırsa, bu üsulu gündə iki dəfə etmək sizə daha da təsirli nəticələr əldə etməyə kömək edəcəkdir.

Limon və bitki yağı

Bunun üçün hər hansı bir bitki yağı seçə bilərsiniz. Bir çay qaşığı bitki yağı içinə bir neçə damla limon suyunu atın və dırnaqlarınıza və dırnaq ətlərinizə yumşaq bir şəkildə masaj edərək bu qarışığı tətbiq edin. Vaxtınız varsa, bu qarışığı gecələr əllərinizə tətbiq etdikdən sonra əlcək geyinərək dırnaqlarınızın səhərə qədər bəslənməsinə kömək edə bilərsiniz.

Çuha çiçəyi yağı

Çuha çiçəyinin yağı, sağlam dırnaqlar üçün lazım olan çox sayda yağ turşusu ehtiva edir. Bu səbəbdən gündəlik 1000 mq çuha çiçəyi yağı istehlak etmək, sağlam dırnaqlar üçün lazım olan yağ turşularını əldə etməyinizi təmin edəcək. Əlbəttə ki, bu yağı istehlak etməzdən əvvəl həkiminizlə məsləhətləşib allergiyanızın olub-olmadığını öyrənmək faydalıdır.

Kətan toxumu yağı yeyin

Çuha yağı kimi bol yağ turşusu olan kətan toxumları dırnaqlarınız üçün çox faydalıdır. Bundan əlavə, kətan toxumunun çəkiyə nəzarət üzərində müsbət təsirləri elmi araşdırmalarla sübut edilmişdir. Lakin qeyd etdiyimiz kimi, kətan yağını da istehlak etməzdən əvvəl həkimə müraciət etməyinizi unutmayın. Kətan toxumu və ya kətan yağı üçün allergiyanız yoxdursa, bu qidaları qatıqlara və ya yeməklərə əlavə edərək istehlak edə bilərsiniz.

 Samirə  İsmayılova

“İki sahil”