16 aprel 2019 11:29
58

Diqqət! Bu yollarda xətlənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xan Şuşinski küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək, həmçinin, axşam saat 22:00-dan səhər saatlarına qədər Şəmsi Bədəlbəyli və Süleyman Rüstəm küçələrinin kəsişməsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.