Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr 2020 21:41
323

Dəyişməyən erməni xisləti - FOTO

Ermənistanın tanınmış jurnalisti Yeva Abramyan Gəncə terrorundan dərhal sonra sosial şəbəkədə növbəti terror üçün çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, Abramyan Ermənistan silahlı qüvvələrinin Gəncənin yenidən atəşə tutulmasını istəyib. Üstəlik, bu çağırışda əsas arzusunun açıq-aydın daha çox mülki şəxsin öldürülməsi olduğunu bildirib.

Bu bir daha ermənilərin əsl xislətini göstərir. Belə ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, jurnalistləri belə mülki şəxslərə qarşı şiddətli terroru dəstəkləyir.

Qeyd edək ki, Ali Baş Komandan bu gün xalqa müraciətində bir daha bəyan edib ki, Azərbaycan heç vaxt Ermənistan kimi olmayacaq.

“Biz qisasımızı döyüş meydanında alacağıq. Biz heç vaxt mülki əhalini vurmayacağıq. Biz erməni deyilik. Bu, Ermənistanla Azərbaycan arasındakı fərqdir”, - deyə Prezident İlham Əliyev bildirib.