17 sentyabr 2019 14:02
170

Dəyişkən buludlu, yağmursuz hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "İki sahil"ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 26-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.

Rayonlarda isə hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Sentyabrın 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.