22 may 2019 10:20
335

Dahi insan olmaq üçün nə etmək lazımdır?

İnsan beyninin müxtəlif məşqlərə ehtiyacı var. Əgər bir insan bu məşqlərdən tez-tez istifadə edirsə o, daha ağıllı olur. Yox, əgər siz az hallarda beyninizi işə salırsınızsa o zaman sizin fikirləşmək və yadda saxlamaq qabiliyyətiniz günü- gündən pisləşəcək.

Bəs insan daha da ağıllı olmaq üçün nələr etməlidir?

Bu gün beş sadə üsuldan söhbət açacağıq:

Dərrakəli insan olmaq üçün birinci növbədə televizora az baxmaq lazımdır. İnsanlar yeməyi belə televizor qarşısında yeməyi xoşlayırlar. Məsələ bundadır ki, televizor sizin intellektual  səviyyənizin nə artmasına, nə də sizin inkişaf etməyinizə imkan vermir.

Bundan başqa,  televizor insanların şüuraltı dərrakəsinə güclü təsir göstərir. Məşhur marketoloqlardan biri söyləmişdir: “Bir insanın qarşısında 1000 dəfə bir fikri təkrarlasanız o buna inanacaqdır”.

İş bundadır ki, insanın gözləri dördkünc qutuya saatlarla baxdıqdan sonra çox yorulur və nəticədə hansısa bir maraqlı kitabı oxumağa enerjisi çatmır.

Özünüzü rahatlayın və beyin üçün xeyirli bir kitab oxumağa çalışın. Lakin sizdə heç nə alınmır? O zaman yaxşı bir musiqiyə qulaq asın. Ailəniz və dostlarınızla birlikdə olduğunuz zaman televizoru söndürün onlarla söhbət edin. Bu cür üsul sizin özünüzün və beyninizin inkişafı üçün müsbət təsir göstərəcək.

Daha bir üsul çoxlu hərəkət etməkdir. Bir çoxları düşünür ki, fiziki məşqlər etmək yerinə kompyuter arxasında və ya kitab oxumaqla daha çox nəsə öyrənə bilərlər. Lakin fiziki məşqlər müxtəlif növ materialların mənimsənilməsini yaxşılaşdırır. Belə ki, fiziki aktivlik insanı fikirlərdən azad edir, əvəzində isə əqli dalğalar  və rezonans enerji yaradır.  Məşqdən sonra siz özünüzü gümrah hiss edəcəksiniz və sizə lazım olan materialı yaxşı mənimsəyəcəksiniz.

Müxtəlif növ stimullaşdırıcı kitablar oxumaq lazımdır. Bir çoxları çox məşhur və ağır süjetli kitabları oxumağı sevir. Belə kitablar oxucunun bütün fikrini özündə cəmləşdirir, lakin biliyin artmasına təsir etmir. Ümumilikdə bu “yaxşı” kitablar əqli səviyyənin artmasına heç bir təsir göstərmir. Əgər siz düşünmə qabiliyyətinizi, zehni bacarığınızı yaxşılaşdırmaq istəyirsinizsə, o zaman başqa məzmunlu kitablara üstünlük verməlisiniz. İntellekt səviyyənizi artırmaq üçün daha çox klassik, elmi, tarixi ədəbiyyata müraciət etsəniz daha yaxşı olar. Bu tərzdə kitabları oxumağa başladığınız andan sizi ancaq süjet xətti cəlb edəcək, beyniniz lazımsız informasiya ilə yüklənməyəcək. İnanın, yeni nələrisə  araşdırmaq daha maraqlı və xeyirli olacaq.

Az yatmaq da üsullardan biridir. Təmiz beyin üçün yaxşı yuxu önəmlidir. Əgər gecəni narahat yatmısınızsa, o zaman gün sizin üçün əyləncəli olmayacaq. Yuxu yatmaq norması 8 saatdır. Kimlərdəsə bu azdır, kimlərdəsə çox. Lakin eyni vaxtda yatıb, eyni vaxtda da durmaq lazımdır. Bəzi alimlərin fikirlərinə görə, eyni vaxtda yatıb, eyni vaxtda qalxmaq əqli fəaliyyətin işini maksimal səviyyədə yaxşılaşdıracaq.

Bundan başqa, günün ortasında oxumağı dayandıraraq fasilə verib 10-30 dəqiqə yatmaq məsləhətdir. Lakin çox yatmaq olmaz. Bu, yorğunluğa səbəb ola bilər. Azmüddətli yuxu sizi gümrah edəcək, zehni inkişafınıza müsbət təsir göstərəcək. 

Həyatımız çox narahat və sürətlidir. Bir müddət tək qalmaq sizə fikirlərinizdə sahmanlıq yaratmaq imkanını verəcək. Təbii ki, tək qalmaq ayağınızı ayağınızın üzərinə qoyub evdə bekar oturmaq demək deyil. Məsələn, təbiət qoynunda  tək gəzmək, heç bir şey haqqında düşünməmək sadəcə təbiətin gözəlliyindən feyziyab olmaq və s.

Yuxarıda sadaladıqlarımız sadə, lakin çox effektli fikirlərdir. Məsələ bundadır ki, hər kəs verilən məsləhətlərə əməl edə bilməz, çünki bunun üçün iradə lazımdır.

Könül Cavid, “İki sahil”