06 avqust 2020 02:10
578

Daha bir ölkədə koronavirusun ikinci dalğası başlayır

Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir: “Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar”.

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş Nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1 idi.