Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
30 iyun 2020 17:53
752

Daha 3 siyasi partiya qeydiyyata alındı

Prezident İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür, o cümlədən son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. “İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Bildirilib ki, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunan təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.