Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
26 sentyabr 2020 16:05
363

Daha 131 nəfər sağalıb, 108 yoluxma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 131 nəfər sağalıb, 108 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib. Aktiv xəstə sayı 1787 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 95 min 543 test aparılıb. Bugünkü test sayı isə 7965-dir.