14 avqust 2020 10:59
549

COVID-19 Trini Lopezi öldürdü

Tanınmış amerikalı müğənni və aktyor Trini Lopez koronavirusdan vəfat edib.

 

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl infeksiyaya yoluxan 83 yaşlı sənətçi Kaliforniya ştatındakı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, Trini Lopez ötən əsrin 60-cı illərində məşhurlaşıb. O, "If i had a hammer" və "Lemon tree" mahnıları ilə yanaşı "Finks", "Antonio", "Hardi və Nensi Dryu qardaşları" kimi filmlərlə populyarlıq qazanıb.