30 iyun 2020 16:43
554

COVİD-19 sutka ərzində 3 ölkədə 4423 can aldı

Koronavirus ötən gün Brazilyada 692, Meksikada 473, Hindistanda isə 423 nəfərin həyatına son qoyub.

“İki sahil” xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 58 min 314-ə, yoluxanların sayı isə 24 min 52 nəfər artaraq 1 milyon 368 min 195-ə yüksəlib.

Bildirilir ki, ölkənin ticarət mərkəzi hesab edilən, təxminən 46 milyon əhalisi olan Sao Paulo əyalətində 275 min 145 yoluxma və 14 min 398 ölüm sayısı ilə ölkənin pandemiyadan ən çox əziyyət çəkən bölgəsi hesab edilir. Sao Paulodan sonra pandemiyyadan ən çox əziyyət çəkən Rio de Janeiroda isə 9 min 848 nəfərin ölümünə səbəb olan COVİD-19-a 111 min 883 nəfər yoluxub. Əhalisinin sayı 211 milyondan çox olan Braziliyada 757 min 462 nəfər koronavirusdan sağalıb.

Meksika Səhiyyə Nazirliyi isə xəbər yayıb ki, ötən gün ölkədə COVİD-19-dan ölənlərin sayı 473 nəfər artaraq 27 min 121 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa yoluxanların sayı 3 min 805 nəfər artaraq 220 min 657 nəfərə yüksəlib.

Hindistan Səhiyyə Nazirliyi də COVİD-19-dan ölənlərin sayının artdığını bildirib.

Qeyd edilib ki, pandemiyadan ölənlərin sayı 423 nəfər artaraq 16 min 898 nəfərə yüksəlib.

Ölkədə virusa yoluxanların sayı 19 min 212 nəfər artaraq 567 min 530-a çatıb. 334 min 972 nəfər isə koronavirusdan sağalıb.

“İki sahil”