25 yanvar 2021 14:40
530

CNG taksilərin yanacaq məsrəfini 2,5 dəfə azaldıb

Artıq bir ildən çoxdur ki, “SOCAR Petroleum” və “189 TAXİ” birgə "Eko taksi" layihəsini davam etdirir. Əməkdaşlıq çərçivəsində “189 TAXİ” şirkətinə məxsus taksi avtomobillərinə sıxılmış təbii qaz  (CNG) avadanlıqları quraşdırılıb.

"İki sahil" "SOCAR Petroleum"a istinadən xəbər verir ki, bu taksilərin qaz yanacağı tədarükündə, eyni zamanda,  qurumun CNG satışlarında xeyli səmərəlilik əldə edilib.

“Eko taksi” layihəsi çərçivəsində taksilərin yanacaq məsrəfi 2,5 dəfə azalıb. Belə ki, benzin ilə işləyən taksi ayda yanacağa 650 manat, CNG ilə işləyən isə 250 manat xərcləyib. Beləliklə, ayda 400 manata qənaət olunub. 

Taksilər bir il müddətinə ümumilikdə 500 min  km yol qət ediblər.  Eyni zamanda, 17 min müştəri daşınıb.