16 yanvar 2021 05:25
386

Çoxlu alma yemək lazımdır

"İl ərzində yeməkdən əvvəl sadəcə bir alma yemək beş kilodan çox piyin əriməsinə gətirib çıxarır".

"İki sahil" xəbər verir ki, bu barədə diyetoloq Rob Hobson "The Sun" nəşrinə danışıb.

Onun sözlərinə görə, alma şokolad və ya yüksək kalorili şirniyyatdan üç qat daha doyurucudur: "Yüz qram almada 1,2 qram pəhriz lifi mövcuddur. Bu da xüsusilə yeməkdən əvvəl yeyildikdə tox olmağımızı təmin edir. Lif eyni zamanda bağırsaqdakı bakteriya tarazlığını tənzimləyir. Nəticədə orqanizm arıqlayır və bədəndə yağın yığılması ləngiyir".