12 yanvar 2019 13:35
143

Çində 5,1 bal gücündə zəlzələ

Çinin şimal-qərbindəki Sintszyan-Uyğur muxtar rayonunda Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

"İki sahil" xəbər verir ki, Trend-in məlumatına görə, yeraltı təkanlar Kaşqar mahalında qeydə alınıb.

Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində olub.

Hadisə nəticəsində insan tələfatı və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.