16 sentyabr 2020 10:50
290

Çempionlar Liqasında daha 5 oyun

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, son oyun günündə 5 oyun keçiriləcək.

"Qarabağ" neytral meydanda - Kiprdə Norveç "Molde"si ilə qarşılaşacaq. Kiprdə keçiriləcək digər oyunda yerli "Omoniya" Serbiyanın "Srvena Zvezda" klubunu qəbul edəcək.

Macarıstan təmsilçisi "Ferentsvaroş" öz meydanında Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə qarşılaşacaq. Məhz bu oyunun qalibi pley-offda "Qarabağ" - "Molde" cütünün güclüsü ilə qarşılaşacaq.

 Digər oyunlarda isə "Makkabi" (Təl-Əviv, İsrail) "Dinamo"nu (Brest, Belarus), “Midtüllann” (Danimarka) “Yanq Boyz”u (İsveçrə) qəbul edəcək.

Qeyd edək ki, qalib gələn komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin edəcəklər.

16 sentyabr

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya)

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus)

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)

22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə)

Xatırladaq ki, artıq  ilk oyun günündə keçirilmiş matçlardan sonra "Dinamo" (Kiyev, Ukrayna), PAOK (Yunanıstan) və "Gent" (Belçika) komandaları Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.