Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 may 2020 19:32
662

Çəkdiyimiz bu formalar əhvalımızdan xəbər verir...

Əlinizin altındakı kağız parçalarına çəkdiyiniz formalar əhvalınızı göstərmək üçün kifayət edir. Bu mövzuda ən erkən araşdırmalar və tapıntılar psixoanalizin atası Ziqmund Freyd sayəsində tapıldı. Psixiatrlar əllərində olan nümunələr sayəsində xəstələrinin problemlərini daha tez bir zamanda aydınlığa çıxarmağa müvəffəq oldular.Hətta bununla bağlı müxtəlif kitablar nəşr olunmağa başladı.

Şüuraltında içində gizlənən duyğu və düşüncələrin, bir kağız üzərində şəkillərlə izahı həqiqətən inanılmaz bir kəşf idi. “Heç vaxt belə formaları çəkmərəm” deyərək iddia irəli sürməyin. Şübhəsiz ki,siz də zaman-zaman və fərqinə varmadan belə şəkilləri çəkirsiniz. Psixiatrları maraqlandıran bəzi üsullar barədə də sizə də məlumat vermək istərdik. Beləliklə,bununla da bəlkə də özünüzü daha yaxşı tanımaq və daxili aləminizdəki fırtınalar barədə məlumat almaq imkanınız olacaq. Uzun illər ərzində psixoloqların əldə etdiyi nəticələri sizlərə çatdıracağıq. Özünüzü daha yaxşı tanımaq üçün aynaya deyil, dəftər künclərinə, digər kağız parçaları üzərində çəkdiyiniz formalara baxın...

ÜÇBUCAQ

Öyrənməyə susayan, özünü təhlükəyə atan və güclü bir iradə sahibi olan bir insan, davamlı üçbucaq çəkir. Belə insanlar çətin qərar versə də, heç kim onu verdiyi qərarından geri qaytara bilməz.

KUB

Praktik, real insanlar. Bu insanlar özünü yarana biləcək təhlükələrdən qorumağa çalışan, peşəsində və münasibətlərində möhkəm təməllər yaratmağa əhəmiyyət verən insanlardır. Kubu çəkən insanların xəyalları güclüdür və onların daima bir prinsipi var.

ULDUZ

Altı guşəli bir ulduz çəkən insanların insan təbiətindəki kişi və qadın tərəfləri arasında tarazlıq qura biləcəyi qənaətinə gəlinib. Onlar hər şeylə maraqlanır,daima yeni bir şeylər öyrənməyə açıqdırlar və mövzuları dərindən analiz edirlər.

ÜRƏK

Həddindən artıq emosional insanlar hər fürsətdə ürək forması çəkməyi sevirlər. Sevgidə sadiqlik onlar üçün çox vacibdir.Belə insanlar yaşamlarında həmişə hisslərinin səsini dinləməklə hərəkət edirlər.

ÇİÇƏK

Əsasən qadınların çiçək çəkdiyini söyləmək olar. Ömrünün ən romantik dövrünü yaşayanlar çiçək çəkməyə maraq göstərirlər. Bu insanlar həssas və dostcanlı olurlar.

QUŞ

Uçan bir quş çəkən insanların xəyalları çox güclüdür. Həmişə böyük arzular qurur və ona çatmağı sevirlər. Bununla yanaşı səyahət etməyi, macəra yaşamağı sevirlər.

DAİRƏ

Dairə forması sonsuzluğu, bütövlüyü, birlik və qorumanı simvollaşdırır. Əsasən, sevgidolu ,yumoristik insanlar dairə çəkməyi sevirlər.Bu tip insanlar adətən özlərini ikinci dərəcəli planda saxlayırlar.

Paralel xətlər

Soyuqqanlıdırlar və təcili vəziyyətlərdə dərhal hərəkətə keçə bilən şəxslərdir. Həyatdan nə istədiklərini çox yaxşı bilirlər. Xətlər diaqonal olaraq çəkilirsə həmin adamın lider olmağa meyilli olduğunu söyləmək olar.

KVADRAT

Ciddiliyi və qətiyyəti simvollaşdırır. Praktik məqsədlərə yönələn və sözləri doğru olan insanlar qaralamalarında əsasən kvadrat forma çəkirlər. Həyatlarını etibarlı şəkildə yaşamağa çalışırlar.

Samirə İsmayılova, “İki sahil”