Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 oktyabr 2020 15:55
477

Ceyhun Bayramov "Washington Post"a açıqlama verib

“Oktyabrın 16-na keçən gecə Azərbaycanın ikinci şəhəri Gəncəyə erməni skud raketləri atılıb. Hücum gecə vaxtı yaşayış binaları və günahsız ailələri hədəf alıb. Hadisə nəticəsində on dörd mülki şəxs həlak olub, 40 nəfər isə ağır yaralanıb”.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın “Washington Times” qəzetinə deyib.

“Bu ikinci hücum üçüncü də ola bilərdi. Ötən həftə hərbi kəşfiyyat bildirib ki, Ermənistanın raket batareyası şəhərə zərbə endirmək məqsədilə sərhədə doğru irəliləyib. Ermənistan Müdafiə Nazirliyindən xüsusi icazə tələb olunaraq planlaşdırılan hücum əvvəlki kimi yalnız ölkə rəhbərliyinin birbaşa əmrləri ilə gerçəkləşə bilər.

Həmin raket batareyasını məhv etməkdən başqa bir seçim yox idi. Ancaq hərbi obyektə zərbə endirməklə dinc əhalini “SKAD” raketi ilə qəsdən hədəfə almaq arasında fərq var. Gəncə işğal altındakı Dağlıq Qarabağdan uzaqda yerləşir.

Həmçinin bu münaqişə barədə məlumat və əslində nə olması arasında fərq mövcuddur. Əslində bu, Azərbaycan ərazisindəki müharibədir. Bu, Ermənistanın işğalı və iyirmi ildən çoxdur ki, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğalı ilə baş verib. Münaqişə zonasında olmayan Gəncəni də hədəfə almaqla münaqişənin ərazisi böyüyür.

Azərbaycanın 20 %-nin qanunsuz işğalı ilə nəticələnən 1988-1994-cü illər müharibəsindən bəri ölkəm dinc qayıdış üçün təxminən 30 ildir danışıqlar aparır. Beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa riayət etməyərək işğalçını sakitləşdirmə mövqeyi tutması məyusedicidir”, - o qeyd edib.