28 fevral 2020 15:30
1713

Cənubi Afrikada təhlükəli səyahət – ölümlə üz-üzə - FOTO

Dünyanın bir çox ölkəsindəki vəhşi təbiət fotoqrafları Cənubi Afrika Respublikasının milli parklarında vəhşi heyvanları obyektivlərinə əks etdirmək üçün təhlükəli səyahətə çıxırlar.

“İki sahil” xəbər verir ki, Cənubi Afrika Respublikasının Kwazulu Natal əyalətinə gələn fotoqraflar gün ərzində öz milli parklarında çita, bəbir, aslan, fil və ya antilopun şəkillərini çəkməyə çalışırlar.

Bir çox milli və özəl parkları özündə cəmləşdirən Kwazulu Natal əyaləti  vəhşi təbiət fotoqraflarının ən sevimli ünvanlarından birinə çevrilib.

Bu bölgəyə Avropanın, Asiyanın və Amerikanın bir çox ölkəsindən gələn fotoqraflar safari turunu günəş doğmadan əvvəl saat 04.00-da başlayırlar.  Günorta 12.00-da qaldıqları otellərə gəlir və istirahət edirlər. Bir müddət istirahət edən vəhşi təbiət fotoqrafları 15.00-da safari turunun ikinci mərhələsi üçün milli parklarda gəzintilərinə davam edirlər.

İstəyənlər gecə gəzintilərinə davam edə bilərlər. Fotoqraflar istədikləri görüntünü çəkmək üçün zaman-zaman ürəklərini ağızlarına gətirəcək təhlükələrlə üzləşirlər. Onları bir pəncə ilə öldürə biləcək vəhşi heyvanlara bir neçə metr yaxınlaşan foto həvəskarları çəkim düyməsini basaraq bu anı ölümsüzləşdirirlər.