28 fevral 2020 13:18
2276

Cenifer Lopezi makiyajsız görün - FOTO

Məşhur müğənni, aktrisa Cenifer Lopez makiyajsız küçəyə çıxıb.

“İki sahil” xəbər verir ki, paparatsilər 50 yaşlı müğənninin təbii saç düzümünün necə göründüyünü çəkiblər.

Sənətçi Mayamidə idman zalının çıxışında "tutulub". C.Lopez təlim üçün ultra seksual bir görünüş seçib. O,  dar idman geyimi ilə kameralara tuş gəlib. İfaçı böyük sırğaları və günəş eynəyi ilə geyimini tamamlayıb.