KÖŞƏ

Mənsumə Babayeva

Cəmil Həsənlinin erməni sevgisi və...

05 noyabr 2019 10:32
402

Məlum olduğu kimi, bu günlərdə Vaşinqtonda “Milli Mətbuat Klubu” adlı məkanda “Azerbaijan: Peaceful protests and torture” tədbiri keçirilib. Radikal müxalifətin təmsilçisi, “Milli Şura”nın sədri Cəmil Həsənli və anti-Azərbaycan mövqeyindən çıxış edən müəyyən şəxslərin iştirak etdikləri tədbirdə Azərbaycanın əleyhinə həqiqətə uyğun olmayan tənqidi fikirlər, böhtan xarakterli ittihamlar səslənib. Özünü “Milli Şura” adlandırılan qondarma qurumun rəhbəri Cəmil Həsənli həmişə olduğu kimi, bu dəfə də Azərbaycan hakimiyyəti əleyhinə qərəzli fikirlər səsləndirməkdən çəkinməyib. O, Qərbi Azərbaycan əleyhinə sanksiya tətbiq etməyə çağırıb. Bununla belə 19-20 oktyabrda keçirilən qanunsuz aksiyalarla bağlı araşdırmaların aparılması ilə bağlı çağırışlar edib. Bununla da Cəmil Həsənli növbəti dəfə sanksiya çağırışı ilə radikal qüvvələrin cəmiyyətdə sosial dayaqlarını itirdiyini bir daha ortaya qoyub.

Göründüyü kimi, ABŞ-ı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağıran, ölkəmizin ünvanına şər-böhtan yağdıran, Azərbaycanı qara rənglərlə təsvir etmək üçün dəridən-qabıqdan çıxan Cəmil Həsənlinin bu xəyanətkar addımı onun vətənpərvərlik hissinin olmamasından xəbər verdiyini göstərir. Cəmil Həsənli özü də gözəl bilir ki, dünyada sanksiyaların tətbiqi ilə bağlı ikili standartlar hökm sürür. Əksər hallarda dünyanın nəhəngləri öz milli maraqlarını təmin etmək üçün sanksiya tətbiqinə əl atırlar. Halbuki dünyada bir çox sanksiyanın tətbiqini haqq edən ölkələr var ki, onlar bundan yan keçirlər. Bütün bunlar sanksiya məsələsində də dünyada ikili standartların tam bərqərar olmasını göstərir. Bəllidir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsə onun əziyyətini Azərbaycan vətəndaşları və dövlətimiz çəkəcək. İstənilən halda iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq hər bir insan çalışmalıdır ki, ölkəsi daha da inkişaf etsin, insanlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşasınlar.

Bundan başqa, marginal Cəmil Həsənli ABŞ Dövlət Departamentini müxalifət liderlərinə, AXCP sədri Əli Kərimliyə, “Milli Şura”nın üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimliyə laqeydlikdə ittiham edib. O iddia edib ki, ABŞ Dövlət Departamentinin müxalifət liderlərinə verilən işgəncələrə səssiz qalması təəssüf və məyusluq doğurur. Gülüş doğuran hal odur ki, kollaborasionist Cəmil Həsənli öz çıxışında hətta “Maqnitski qanunu”nu da xatırladıb. Marginalın bu ittihamının ardınca “Amnesty İnternational” təşkilatının direktoru Daniel Balson ABŞ hökumətini ədalətli olmağa və Azərbaycan hökumətinə qarşı sanksiyalar qəbul etməyə çağırıb. Yeri gəlmişkən, bu, həmin Daniel Balsondur ki, hər dəfə erməni separatçılarını və Ermənistanda “məxməri” inqilabı tərifləyir. Müxalifətçi Cəmil Həsənli ilə Daniel Balsonu nəyin əlaqələndirdiyini başa düşmək üçün “patriot” Cəmil Həsənlinin 2013-cü ildə “Guardian” qəzetinə ünvanlanan məktubunda Dağlıq Qarabağı “mübahisəli” ərazi adlandırdığını xatırlamaq kifayətdir.

Təəccüblü deyil ki, “Milli Şura”ya informasiya dəstəyini erməni lobbiçiləri tərəfindən maliyyələşən “Amerikanın səsi” və “Azadlıq radiosu” göstərir. Özü də hər iki radiostansiya ABŞ-ın dövlət media layihələridir və birbaşa Konqres tərəfindən maliyyələşdirilir. Tamamilə aydındır ki, saxta vətənpərvər Cəmil Həsənli üçün illüzor hakimiyyət hərisliyi və qərb təbliğatçılarının razılığı tarixi faktlardan, çoxsaylı beynəlxalq sənədlərdən və nəhayət, Vətənin maraqlarından üstündür.

Ümumilikdə götürsək görərik ki, “Milli Şura”nın sədri Cəmil Həsənli bu hərəkətləri ilə bir daha göstərdi ki, bu insanlar Azərbaycanı sevmirlər Azərbaycan xalqı, ölkəmizin ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi onları düşündürmür. Sadəcə bunların məqsədi erməni lobbisinin, Ermənistan tərəfinin verdiyi sifarişləri hər hansı bir yolla həyata keçirməkdir. Onlar istəyirlər ki, anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər. Təbii ki, Azərbaycan xalqı heç zaman bu radikalları dəstəkləməyəcək. Azərbaycan xalqı artıq onları tarixin layiq olduqları yerinə atıb. Bu qara qüvvələr xalqımız tərəfindən boykot olunur. Çünki xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir.

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...