Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 sentyabr 2020 17:29
456

Cavid Osmanov vətəndaşları qəbul edib - FOTO

Ağdaşlı seçiciləri ilə müntəzəm olaraq görüşən, onların problemləri, arzu və təklifləri ilə maraqlanan Milli Məclisin deputatı Cavid Osmanov növbəti qəbul keçirib. 

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasında “Vətəndaş qəbulu həyata keçirilən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair” hazılanmış metodiki göstərişlərə ciddi əməl olunmaqla  keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib. 

Qəbulda olan seçicilərin müraciətləri internet, məşğulluq, su, əlillik dərəcəsinin təyin olunması prosesində mövcud olan problemlər, mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olub. Vətəndaşların müraciətləri qeydə alınıb, bəzi məsələlər yerindəcə həll edilib, vətəndaşlara müvafiq izahat verilib. Deputat səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirərək qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib. 

C.Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı onlara cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın  gördükləri işlər barədə məlumatlar verib. Qəbulda iştirak edən Ağdaş sakinləri görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Orxan Vahidoğlu, "İki sahil"