30 iyun 2020 16:47
507

Cavid İmamverdiyev “Keşlə”də

“Keşlə” Futbol Klubu Cavid İmamverdiyev ilə müqavilə imzalayıb.

“İki sahil” klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, karyerası ərzində “Karvan”, “Neftçi”, və “Sumqayıt”da oynamış yarımmüdafiəçi, Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub. Onun son klubu “Sabah” olub.

Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.