23 may 2020 11:19
487

Bundesliqa başlayır

Mayın 22-də Almaniya çempionatına “Herta” - “Union” oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, “Olimpiya” stadionunda baş tutan oyun “Herta”nın böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Bu qələbədən sonra 34 xal toplayan “Herta” 10-ci, “Union” isə 30 xalla 12-ci yerdə qərarlaşıb.

Turun digər oyunları martın 23-24-də keçiriləcək.