12 fevral 2019 16:33
195

Bu yollar yenidən qurulur FOTO

Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivinin yolları yenidən qurulur

Gürgən qəsəbəsinin, eləcə də Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulmasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Gürgən qəsəbəsində yolun uzunluğu 2 kilometr, “Qoşa Qışlaq” yaşayış massivinin yolunun uzunluğu isə 1,5 kilometr təşkil edir. Hər iki yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Hazırda layihə çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

Gürgən qəsəbəsinin, həmçinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazilərdə yaşayan 3 mindən çox əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunacaq.