25 yanvar 2021 14:36
576

Bu yanacağı istifadə edənlər 31 milyon manat qənaət ediblər

2015-2020-ci illərdə  Azərbaycanda CNG yanacağının istehlakı 86 milyon kubmetr təşkil edib.

"İki sahil" bu barədə "SOCAR Petroleum"a istinadən xəbər verir.

Bildirilib ki, bu müddət ərzində sıxılmış təbii qaz istehlakçıları 31 milyon manat qənaət ediblər.

Eyni zamanda, atmosferə buraxılmış istixana qazının həcmi 44 min ton azalıb.