10 sentyabr 2019 11:38
560

Bu şəxslərin pensiyaları artırılacaq

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və onların ailə üzvlərinin, o cümlədən Dövlət Gömrük Komitəsinin (DGK) dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları artırılacaq.

"İki sahil"in məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının pul təminatının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında” 2008-ci il 6 sentyabr tarixli 204-23 nömrəli və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli 139-5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə" qərarına əsasən, XDMX-nin hərbi qulluqçularının aylıq vəzifə maaşları və hərbi rütbəyə görə maaşları sentyabrın 1-dən artırılır.

Eyni zamanda Nazirlər Kabinetinin " Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 oktyabr tarixli 252-31 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 oktyabr tarixli 315-15 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 may tarixli 224-18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli 156-6 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə" qərarına əsasən, DGK-nin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılır.

Vəzifə maaşlarının artımı ilə əlaqədar Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə XDMX hərbi qulluqçularının və onların ailə üzvlərinin, o cümlədən DGK-nin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il budcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etməyi tapşırıb.

Hər iki qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.