25 iyun 2019 14:37
420

Bu qidalar dişləri MƏHV EDİR

Türkiyəli stomatoloq Oğuz Kara dişlərin çürüməsinə yol açan 10 zərərli ərzağın adını açıqlayıb.

Publika.az dişlərin çürüməsinə səbəb olan məhsulların siyahısını təqdim edir:

Ağ çörək

Tüpürcəkdə olan amiloza fermenti karbohidratları şəkərə çevirən fermentdir. Ağızda bakteriyaların şəkəri yeməsi nəticəsində turşuluq ələmə gəlir. Əgər ağızda diş daşı yoxdursa, şəkəri turşuya çevirəcək və diş çürüyü yaradacaq təhlükə yoxdur.

Siqaret

Diş və diş ətinə zərər verir, ağız qoxusuna səbəb olur.

Alkoqol

Tüpürcək dilimizdəki diş daşlarının və turşunun təsirini azaldacaq ilk müdafiə vasitəsidir. Odur ki, ağız quruluğuna səbəb olacaq hər şey diş üçün zərərlidir. Spirt də ağız quruluğuna səbəb olacağı üçün həddi aşmaq olmaz.

Kola

Ən zərərli içkilərdən biridir. Çünki tərkibinə həm fosfor turşusu, həm şəkər, həm də sitrik turşusu daxildir.

Lokum, jelatin və marmalat kimi məhsullar

Şirin qənnadı məhsullardan daha zərərlidir. Çünki daha çox şəkərə səbəb olur və eyni zamanda sitrik turşu daşıyırlar.

Meyvə suları

Ph səviyyəsi 7 dən aşağı olan qidalar dişlərə zərər verir. PH-ı 1, 2,5 olduğu üçün meyvə suları da dişlərə zərərlidir.

Limon

Ph-ı 2 olduğu üçün dişlərə zərərlidir.

Enerji içkiləri

Sitrik turşu və şəkər ehtiva etdikləri üçün zərərlidir.

Meyvə qurusu

Quru meyvələr karbonhidrat ehtiva edir. Eyni zamanda quru meyvələr yapışqanlığı səbəbiylə ağız içində daha uzun müddət qalır. Tez-tez quru meyvə yeyib dişləri fırçalamamaq onların çürüməsinə səbəb olur.

Buz

Buz çeynəmək yaxşı fikir deyil. Buz çox sərtdir. Əgər iri plomblar varsa, dişləriniz buz yediyiniz zaman çox asan bir şəkildə qırıla bilər. Soyuq eyni zamanda dişlərin qamaşmasına səbəb də ola bilər.