18 mart 2020 14:59
976

Bu ölkədə futbol çempionatı dayandırıldı, lider qalib elan olundu

Futbol üzrə Yeni Zelandiya çempionatında mövsüm koronavirusa görə vaxtından əvvəl başa çatıb.

"Report" Yeni Zelandiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, XVI turdan sonra 37 xalla lider olan "Oklend Siti" çempion elan edilib.

Komanda 34 xalla ikinci pillədə qərarlaşan "Tim Vellinqton"la birlikdə Okeaniya Çempionlar Liqasına qatılmaq hüququ əldə edib. Qərar hökumət nümayəndələri, sağlamlıq üzrə mütəxəssislər və klubların təmsilçiləri ilə birgə toplantıdan sonra qəbul olunub.

Qeyd edək ki, Yeni Zelandiya çempionatında 10 komanda mübarizə aparır. Çempionatın reqlamentinə əsasən, ilk 4 yeri tutan komandalar "Dördlər finalı"nda çıxış edir. Çempionat Böyük Finalla yekunlaşır.