KÖŞƏ

Vəli İlyasov

Bu millətin ölüləri də diriləri qədər həyasızdır...

27 dekabr 2019 20:27
895

Söhbət faşizm ideologiyasını özləri üçün həyat tərzi seçən ermənilərdən gedir

Ermənistanda İkinci Dünya müharibəsi zamanı nasistlərlə fəal əməkdaşlıq edən şəxslərin “qəhrəman” elan edilməsi kampaniyası çərçivəsində “Dro” ləqəbli general Drastamat Kanayan da Qaregin Njde kimi “müqəddəs” elan olunub.

Bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasında bütün KİV-lərin və sosial şəbəkələrin qatil general Qaregin Njdenin şərəfinə ucaldılan abidələrlə bağlı hiddət ifadə etdiyi bir zamanda ermənilər abidələrin sökülməsi barədə düşünmək əvəzinə nasistlərin qəhrəmanlaşdırılması siyasətini həyata keçirməkdə davam edirlər. Təəccüb doğuran odur ki, bütün bunlar faşist Almaniyası üzərində qələbənin 75-ci ildönümünə hazırlıq öncəsi baş verir.

Belə ki, RF-nin Çelyabinsk vilayətindəki  OTV kanalında  yayımlanan “Bizim səhər” əyləncəli informasiya proqramının efirində Ermənistanın “Şirak” mahnı ansamblı Sagik Xaçaturyanın bədii rəhbərliyi ilə çıxış edib. Ansambla yerli erməni mədəniyyət mərkəzi dəstək verib.

Televiziya kanalının canlı efirində erməni uşaqlar general Drastamat Kanayanın mədh edildiyi Aqasi İspiryanın “Daşnak Dro” mahnısını ifa ediblər. Bədnam daşnak Dronun kim olduğu məlumdur, amma o da məlumdur ki, bu mahnının efirdə verilməsində vilayətdəki erməni diasporunun “fəaliyyəti” var.

Drastamat Kanayan qan tökdüyü yerlərdə daha çox general Dro kimi tanınır. Azərbaycanda da günahsız insanların   qanlarını axıdan bu cəllad məğlub edildikdən sonra bir neçə ölkədə olub. 1941-ci ildə isə Almaniyaya gedib. Orada  “şagirdi” Qaregin Njde ilə birlikdə Sovet ordusuna qarşı döyüşmək üçün ermənilərdən ibarət milli legion təşkil edib. Avstriyalı tarixçi Erik Fayql öz yazılarında Dronun 1942-ci ilin dekabrında Henrix Himmlerlə görüşdüyünü və Adolf Hitlerə sədaqətlə xidmət edəcəyini bildirib.

“Dro heç bir vicdan əzabı çəkmədən qətlə yetirmək təcrübəsinə malik idi və bu xüsusiyyət Himmlerə çox təsir edirdi. Nə Himmler, nə də Dro insanları ölümə göndərdiklərinə görə narahatlıq hissi keçirmişlər. Dronun aldadıcı çağırışlarına cavab olaraq almanlara əsir düşmüş 30 minə yaxın erməni nasistlərə qoşuldu. Rusiya Federal Təhqiqat Xidmətinın Mərkəzi arxivindəki sənəddə deyilir: “1942-ci ilin avqustunda Rostov- Don şəhəri işğal olunan zaman şəhərə general Dronun başçılığı ilə bir qrup erməni millətçisi daxil olub. Qrup Sovet hökumətinə qarşı mübarizə aparmaq məqsədilə Qafqaz millətlərindən ibarət könüllülər legionunun hazırlanması üçün Himmlerin şəxsi göstərişi ilə yaradılmışdı”, - deyə Erik Fayql yazır.

Artıq bir neçə aydır ki, Rusiya telekanallarında və mətbuatında ermənilərin müharibə canilərinə heykəl qoymaq tendensiyaları kəskin tənqid edilir. Stavropol şəhərinin sakinləri isə Rusiya hökumətindən tələb ediblər ki, faşistlərə muzdlu qatillik edən general Qaregin Njdenin şəhərdə qoyulmuş heykəli götürülsün. Çünki bu heykəl şəhərdəki müharibə veteranlarının şərəfinə və döyüşlərdə həlak olmuş stavropolluların ruhuna təhqirdir.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?