Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 oktyabr 2020 17:26
614

Bu maraqlı faktları bilirdiniz?

Qvineya donuzları nə üçün istifadə olunur?

Bu heyvanlar artıq demək olar ki, təcrübə heyvanları kimi istifadə edilmir, lakin Perular hər il onlardan təxminən 65 milyonunu istehlak edirlər. Kolumbiya, Boliviya və Ekvadorda da yeyilir.

Üç saniyəlik yaddaşa sahib canlı hansıdır?

Bu mövzuda hələ qəti bir nəticə yoxdur. Ancaq məşhur inancın əksinə olaraq , yaponiya balığının yaddaşı bir neçə saniyə deyil. Araşdırmalar yapon balığının ən az üç aylıq bir yaddaşa sahib olduğunu və fərqli formaları, rəngləri və səsləri ayırd edə bildiyini göstərdi.

Yaşayan ən böyük canlı nədir?

Fil, mavi balina və ya nəhəng sekoiya ağacı? Xeyr, dünyadakı ən böyük canlı göbələkdir. Oreqondakı Malheur Milli Meşəsində tapılmış və kəsilmiş bir ağac kötüyündə böyüyən bal göbələyinin (Armillaria ostoyae) ən böyük nümunəsi 890 hektar ərazini əhatə edir və 2000-8000 yaş arasında olduğu təxmin edilir

Bir qırxayağın neçə ayağı var?

Qırxayaq sözü latın dilindən "yüz ayaq" mənasını verən “centipeda” sözündən gəlir. Bu həşərat əsrdən artıq bir müddət ərzində geniş şəkildə araşdırılsa da, tam yüz ayağı olan bir nümunəsinə rast gəlinməmişdir.

Acı bibəri acı edən nədir?

Acı bibərə toxumlarının acılıq verdiyi düşünülsə də, əslində bu acılıq hissini toxumları əhatə edən mərkəzdəki membrandır. Bu membran ən çox kapsaisin olan hissəsidir. Capsaicin, bibərə acılıq verən rəngsiz, qoxusuz bir maddədir.

Hər gün Edisonun hansı ixtirasından istifadə edirik?

"Alo" sözünün ilk yazılı istifadəsi 1887-ci il tarixli bir məktubdadır və Edison telefon danışığının "alo" ilə başlamasını təklifini bu məktubda qeyd etmişdir. Edison bu ifadəni telefonun ixtiraçısı Qraham Belin ilk telefonunu sınaqdan keçirərkən istifadə etmişdir.

Samirə İsmayılova, “İki sahil”