23 may 2019 21:33
216

Bu kəndin sakinləri şəhərə getmir

Sinq xanədanlığı dönəmində yaradılan daş evlərdən ibarət Şanqciuşan kəndi Çinin tarixi miraslarından biridir.

Axşam.az xəbər verir ki, Zaçenq şəhərinin yaxınlığında yerləşən kənd dağ yamacında yerləşir. Kəndin içərisində gündəlik təlabatları qarşılayacaq hər şey var. Burada məktəb, aptek, market və bazar yerləşir.

Buna görə də kəndlilər böyük şəhərlərə getmirlər. Mindən çox yaşı olan kənd Çin turizmində son illər önəmli rol oynayır.