Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
29 sentyabr 2020 10:09
342

Bu il Türkiyəni 10 milyona yaxın turist ziyarət edib

Bu ilin səkkiz ayı ərzində Türkiyənin turizm bölgələrini 9 milyon 271 min 660 nəfər ziyarət edib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Qeyd edilib ki, bu turistlərin 7 milyon 255 min 107 nəfəri xaricdən Türkiyəyə gəlib. Onların arasında Almaniya, Rusiya, Bolqarıstan və Ukrayna vətəndaşları üstünlük təşkil edib.

Məlumatda dünyada yayılan COVID-19 pandemiyasının Türkiyənin turizm sektoruna da təsir göstərdiyi bildirilir. Belə ki, bu ölkəyə gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 73,94 faiz azalıb.