25 aprel 2019 13:35
200

Bu gün F1 pilotlarının Bakıda mətbuat kofransı keçiriləcək

Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisində iştirak edən bir neçə pilot mətbuat konfransında iştirak edəcək.

Konfransa Antonio Covinatsi (“Alfa Romeo”), Kevin Maqnussen (“Haas”), Lens Stroll (“Rasing Point”), Niko Hülkenberq (“Renault”) və Corc Rassell (“Williams”) qatılacaq. Tədbir saat 17:00-da başlayacaq.

Aprelin 26-da isə komanda rəhbərləri mətbuat konfransında iştirak edəcəklər. Toto Volf (“Mercedes”), Otmar Zafnauer (“Rasing Point”), Kristian Horner (“Red Bull”), Siril Abitebul (Renault) və Kler Uilyams (“Williams”) jurnalistlərin suallarını cavablandıracaqlar. Sabahkı mətbuat konfransı saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Formula 1 SOCAR Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək.