05 sentyabr 2019 14:27
325

Bu çayla yüzlərlə xərçəng xəstəsi sağaldılıb - RESEPT

Xərçəng xəstəliyinin müalicəsində qida, bitki və dərman otlarının tərkibi və təsirinin öyrənilməsi üçün hər il elmi işlər aparılır.

Artıq iri farmakoloji şirkətlər sarıkök tərkibli dərmanlar istehsal edir. Lakin hələ də akademik tibb xərçəngə xalq təbabətini və hər hansı bitki ilə müalicəni yaxın qoymur.

Publika.az medicina.az-a istinadən bildirir ki, Kanadada Rene Kaisse adlı tibb bacısı hindu qəbiləsi Odcibvenin loğmanının verdiyi bitki çayı resepti sayəsində, 50 il ərzində yüzlərlə xərçəng xəstələrini sağaltmışdır.

Belə ki, xalasının olduğunu eşidən Reneyə bir yaşlı qadın 30 il öncə hindu kişinin ona verdiyi və bu reseptlə xilas olduğu resepti verir.

Rene ilk növbədə xəstə xalası üçün bu çayı hazırladı, hansı ki, mədə və qaraciyər xərçəngindən əziyyət çəkirdi. Həkimlər ona cəmi 6 ay vaxt qoymuşdu. Təbii ki, qadın tbbi müalicəsini alırdı, amma Rene əmindir ki, bu çayın sayəsində xalası daha 22 il uzun ömür sürə bildi.

Öz şəxsi təcrübəsindən sonra Rene 50 il ərzində sağalmaz xəstəliyə düçar olan və həkimlərin qısa müddət qoyduğu tanıdığı, gördüyü bir çox xəstələrə bu reseptlə kömək edir.

Çayın tərkibi və resept:

Yalnız orqanik bitkilərdən ibarətdir, bitkilərin çoxu Amerika, Avropa iqlimi və təbiəti üçün xarakterikdir. Amma axtarsaz tapmaq olar. Bitkilərin adlarını rus dilində də təqdim edirik

Atpıtrağı kökü - 120 qr

Quzuqulağı (narın) - 80 qr

Qırmızı qaraağac - 20 qr

Rheum palmatum - Çin raventi - 5 qr

10 stəkan su

Bütün otlar böyük şüşə qabda qarışdırılır.

Su qaynadılır. Otlar bura əlavə edilib, 10 dəqiqə çox zəif odda hazırlanır. Çox qaynadılmamalıdır.

Oddan götürüb, gecədən səhərə kimi saxlayın.

Səhər isidib ( qaynatmayın) süzün. Hazırlanmış çay şüşə bankada soyuducuda saxlanılır.

Dozası:

Yarım stəkandan da az distillə edilmiş isti suya 4 xörək qaşığı bitki dəmləməsindən əlavə edib qarışdırın.

Gecə tox olmayan mədəyə, yatmazdan əvvəl için.

Eləcə də səhər ac mədəyə qəbul edə bilərsiz

Səhər içdikdən sonra ən azı 3 saat yemək yeyilməməlidir.