13 fevral 2020 21:20
419

Britaniyalı gimnast: Bakıda yaxşı məşq bazası var

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna bütün komanda ilə birgə səylə hazırlaşırıq.

Bunu britaniyalı gimnast Endrü Stemp deyib. O bildirib ki, komanda özünü hazır hiss edir: “Bakıda yaxşı məşq bazası var, burada olmaq xoşdur. Ötən dəfə yarışlar çox uğurlu keçdi, ümid edirəm ki, indi də belə olacaq”.

Gimnast deyib ki, Milli Gimnastika Arenasında özünü inamlı və rahat hiss edir: “Bakıda yaxşı gimnastika arenası, rahat zal var. Yarışlara çoxlu sayda tamaşaçı gəlir, uğurlu çıxış üçün isə zalın dəstəyini hiss etmək vacibdir”.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.