14 yanvar 2021 01:16
142

"Britaniya ştammı" 50 ölkəyə yayılıb

Koronavirusun "Britaniya ştammı" 50 ölkəyə yayılıb. 

"İki sahil" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cenevrədə nəşr olunan həftəlik bülletenində məlumat verib. Qeyd olunub ki, COVID-19-un yeni ştammı artıq 50 ölkəyə yayılıb.  Bu ştammın viral qabiliyyəti (yoluxuculuğu) daha yüksək olduğu üçün daha sürətli şəkildə və daha çox insanın yoluxması ilə müşayiət olunur. ÜST bu barədə həyəcan təbili çalıb. Bütün dünya dövlətlərinin təhlükəsizlik və tibbi xidmət sahəsində keyfiyyəti artırması haqqında çağırış edilib.