15 may 2019 14:58
145

Brilliant Dadaşova Aygün və Faiqlə bağlı GÖRÜN NƏLƏR DEDİ

Xalq artisti Brilliant Dadaşova "MTV Azərbaycan"da müğənni Rəhim Rəhimlinin verilişində uzun illərdir ki, küsülü olduğu həmkarları haqqında şok açıqlamalar verib.

Publika.az xəbər verir ki, tanınmış sənətçi adlarını çəkməsə də, Faiq Ağayev və Aygün Kazımovanın ünvanına sərt sözlər deyib. İstisna deyil ki, Brilliant Dadaşovanın bu açıqlamalarından sonra Xalq artsitləri arasında soyuq müharibə yenidən alovlanacaq.

Brilliant Dadaşova Faiq Ağayevlə küsülülüklərinin əsl səbəbini etiraf edib:

"Bir gün gəldi dedi ki, konsertə bir həftə qalsa da, biletim satılmır. “Qurban olum, adını ver afişaya vuraq, bilet satılsın” deyə xahiş etdi. Qorxurdu ki, birdən sponsorlar daha onunla işləməyəcək. Mən də icazə verdim. Rafiq Babayev dedi ki, ya sən ağılsızsan, ya da həmin adam ağıllıdır. Biletlər satılmasa, deyəcək ki, Brilliantın adı var idi deyə, satılmadı. Necə demişdisə, elə də oldu. Şər-böhtan da atdı, rəhmətə getmiş valideynlərimi, ata-anamı söydü. Onu nəinki bağışlamaq, onu bağışlamalı olduğumu düşünən insanlar belə mənə xəyanət edir. Mənə sataşan və təhqir edən adamı niyə barışmalıyam ki?”

Xalq artisti saha sonra Aygün Kazımovanı ifşa edib və o bildirib ki, dünya ulduzları ilə duet oxumaq üçün onlara pul ödəyir:

"Xarici müğənniyə pul verib, onların yanında dayanan müğənnilər (Aygün Kazımovann Snup Doqla "Coffee from Columbia" mahnısını oxumasını nəzərdə tutur - red.) var. Elə insanları qəbul etmirəm. Kiməsə pul verim ki, gəl sənlə duet oxuyum? Ölərəm ey, gecə yata bilmərəm. Dırnağım qədər sənəti olanları yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar. Mənə hər zaman pul verilib ki, kimsə yanımda dursun".

Xatırladaq ki, Faiq Ağayev Brilliantla bağlı "Söhbətsiz" verilişində "Aramızda olan söhbət toy bazarının bölünməsi ilə bağlı idi. İlk gündən həmişə yüksək qonorarlar almışam. İlk dəfə toya 1995-ci ildən başladım, o zamanda ən “xod gedən” müğənnilərdən bir pillə yüksək qiymət qoydum. Münaqişəmiz toyda baş verdi. Xırda məsələ idi, böyütmək lazım deyildi. Bu məsələni mətbuata çatdıran nə mən, nə də toy yiyəsi oldu" açıqlamasını vermişdi.