27 fevral 2020 16:28
1397

Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb

Böyük Britaniyanın “EUTribune” qəzetində Xocalı soyqırımının ildönümünə həsr olunmuş məqalə dərc edilib.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs olunur.

Məqalədə soyqırımı zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, ümumilikdə, 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi qeyd olunub. Bildirilib ki, faciə baş verən gecə 1215-dən çox dinc sakin girov götürülüb, onların 155-nin taleyi hələ də məlum deyil. //AZƏRTAC