KÖŞƏ

Zahid Rza

“Boykotçu” Əli Kərimli meydanda tək qalıb

09 dekabr 2019 20:13
756

Başda AXCP-“Milli Şura”  qaragüruhu olmaqla  radikal müxalifət hələ də 30 ilin kirini, pasını üzərində daşıyır. Silkinib, arınıb, durulub yeniləşə bilmir. Şürun, təfəkkürün, mənəviyyatın kirlənməsi dağıdıcı müxalifətin sağalmaz xəstliyidir. Başda AXCP sədri Əli Kərimli olmaqla radikal müxalifət təmsilçiləri otuz ilə yaxın bir müddətdə yoluxduqları, pozuculuğu, inkarçılığı, hər şeyə qara rəngdə baxmaq mərəzini cəmiyyətə bulaşdırmaq istəsələr də heç nəyə  nail ola bilmirlər.  Ötən əsrin 90-cı illərinin məngənəsindən çıxa bilmədikləri üçün  hələ də dərk edə bilmirlər ki, artıq cəmiyyətimiz zamanın tələbinə uyğun olaraq dəyişib, insanların demokratiya, siyasi mədəniyyət anlayışları təzələnib.

Əslində Ə.Kərimlidə siyasi liderlik bacarığı  və keyfiyyətləri yoxdur.  Belə olan halda  təbii ki, o siyasi liderlik funksiyalarını da yerinə yetirə bilməz və bilmir də. Siyasi liderin əsas funksiyası cəmiyyətin inteqrasiyası, xalq kütlələrinin birləşdirilməsi, optimal siyasi qərarların qəbulu, yeniliyin irəli sürülməsi və sairdir. Bunlar isə AXCP sədrində yoxdur.  Əksinə, Ə.Kərimlinin son illərdəki psixoloji davranışlarına diqqət yetirəndə onun bir “lider “ kimi  paranoid-ağıldankəm, demonstrativ-artist, depressiv-sərbəst rəhbər rolunu bacarmayan biri olduğuğunu  açıq-aşkar sezmək olur.  Dağıdıcı  müxalifətçiliyin təxminən iyirmi altı illik kirli tarixi məhz bu keyfiyyətləri Ə.Kərimlinin boyuna biçib.

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar irəliyə sürülmüş təşəbbüsə münasibəti də  bir daha təsdiq etdi ki, siyasi, ictimai, əxlaqi məfkurəsi  zəif olan  Ə.Kərimli üçün şəxsi mənafe və ambisiyalar ən ali dəyərlərdir . Əgər belə olmasaydı siyasəti siyasətbazlıqla qarışdıran, alver predmetinə çevirən, öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün bütün çirkin vasitələrdən istifadə edən AXCP sədri  vaxtilə onu və əqidədaşlarını “genetik xəstə” “faşist” adlandıran keçmiş korrupsioner nazir, qisasçı Əli İnsanovla bir masaya oturub parlament seçkiləri ilə bağlı məsələləri müzakirə etməzdi. Məhz həmin “masa”ya dəvət olunmuş  ReAL-ın icra katibinin müavini Natiq Cəfərlinin Ə.İnsanovu nəzərdə tutaraq  “mən ümumiyyətlə, məmləkətin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkürəm, bunu istəmirəm” deməsi də Ə.Kərimliyə təsir etmədi. Çünki o, Ə.İnsanova özünün  pul kisəsi kimi baxır. Sosial şəbəkələrdə, hətta  keçmiş  korrupsioner nazirlə bir masada oturduğuna görə AXCP sədrinin tərəfdarlarının səsləndirdikləri  kifayət qədər ciddi ittihamlar belə onu maraqlandırmadı.

Növbədənkənar parlament seçkiləri ilə bağlı tutduğu mövqe  Ə.Kərimlinin reallıq hissindən tamamilə  uzaqlaşdığının, məntiqinin məntiqsizliyinin, düşüncələrindəki rabitəsizliyinin göstəricisidir.  AXCP sədrinin növbəti parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdəki şərhləri, “analizləri” bu adamın necə bəsit və ziyanlı bir  təfəkkürə malik olduğuna dəlalət edir. Ə.Kərimliyə görə, ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi bilavasitə mövsümlə bağlıdır. Yəni, seçkilər ona görə qış fəslində keçirilir ki,  müxalifət bu prosesdən kənarda qalsın. Qəribə məntiqdir. Əslində Ə.Kərimli kimi bir siyasi “lider”ə xas olan çox ağrılı bir təfəkkür tərzidir. Soyuğun məsələyə nə dəxli var?

Soyuq, qış, fevral ayı bir bəhanədir. Məsələ radikal müxalifətin, AXCP-nin,  marionetka təşkilat olan “Milli Şura”nın sosial dayaqlarını, ictimai dəstəyini tamamilə itirməsindədir. Sosial dayaqları plintusdan da aşağı olan Ə.Kərimli özü də yaxşı bilir ki, parlament seçkilərinə qatılacağı təqdirdə oradan məğlub vəziyyətdə ayrılacaq. Ona görə də,

 bütün çirkin vasitələrdən, qarayaxma kampaniyasından istifadə edərək məsələnin əsl mahiyyətini cəmiyyətdən və qrant aldığı xarici havadarlarından  gizlətməyə çalışır. Ancaq nə qədər çalışsa da cidanı çuvalda gizlədə bilmir. Təbii ki, bütün bunlar AXCP sədrinin qəzəblənməsinə səbəb olur. Qəzəbdən doğan aqressivlik isə onun özünə nəzarəti itirməsinə, “beyin ölümünə”, qeyri-adekvatlığa, daha da radikallaşmaya gətirib çıxarır.

Bu günlərdə Ə.Kərimlinin “dəyirmi masa”dakı ortağı, daha doğrusu, məkrli planlar əsasında seçkilər ilə əlaqədar boykota cəlb etmək istədiyi  Müsavat Partiyasının fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etməsi AXCP sədri üçün daha bir ağır zərbə oldu. Şübhəsiz, bundan sonra Ə.Kərimli və onun qaragüruhçu dəstəsi sosial şəbəkələrdə Müsavat Partiyasının üzərinə total hücumü daha da şiddətləndirəcək. Ancaq hələlik görüən budur ki,  yalnız trollarının, Sevinc Osmanqızının və Qənimət Zahidin ümidinə qalan Ə.Kərimli indi meydanda tək qalıb.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?