11 sentyabr 2019 13:45
99

Boksçumuzun ilk rəqibi müəyyənləşib

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib.

AZƏRTAC xəbər verir ki, çempionatda 81 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı birinci mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Görüş sentyabrın 15-də keçiriləcək.