14 sentyabr 2019 13:39
202

Boksçumuz ilk döyüşdə nakautla qələbə qazandı

Azərbaycanın üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünü keçirib.

Trend-in məlumatına görə, Məcidov Nyu-Yorkdakı "Medison Skver Qarden"də təşkil olunmuş qarşılaşmada ABŞ təmsilçisi Ed Fonteyn üzərində qələbə qazanıb. 33 yaşlı idmançı üçüncü raundda texniki nokautla qələbə qazanıb.

Qeyd edək ki, Ed Fonteyn peşəkar rinqdəki 12 döyüşündə 7 dəfə qalib olub.