06 iyun 2020 14:14
609

"Bnn": Dmitri Nazarov "Ertsgebirge"nin ən yaxşı hücumçusudur

Almaniyanın "Bnn" nəşri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubunun növbəti görüşü ilə bağlı yazı dərc edib. 

"Report"un məlumatına görə, Aue təmsilçisi II Bundesliqanın XXX turunda evdə "Karlsrue" ilə üz-üzə gələcək. 

Nəşr Nazarovu komandanın ən yaxşı hücumçusu adlandırıb və baş məşqçinin bu görüşdə ona şans verəcəyini bildirib. 30 yaşlı oyunçunun yaxşı keyfiyyətlə malik olduğu da vurğulanıb. 

Qeyd edək ki, iyunun 7-də keçiriləcək "Ertsgebirge" - "Karlsrue" matçı Bakı vaxtı ilə 15:35-də başlayacaq. "Ertsgebirge" 38 xalla 8-ci, qonaq komanda isə 30 xalla 16-cı pillədə qərarlaşıb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. O, 2013 - 2016-cı illərdə məhz "Karlsrue"nin formasını geyinib.