12 fevral 2019 10:34
199

Bilirsinizmi?

Qanın bədəndə dövr etməsi üçün ürəyin yaratdığı təzyiq 9 metr yüksəkliyə bərabərdir.

İnsan nəbzi vurmadan da yaşaya bilər. Belə ki, 2012-ci ildə 55 yaşlı Kreyq Levis elə bir sistem yaradıb ki,  ürək döyüntüsü olmadan orqanizmdə qan dövr edir.

Amerikalı  Sten Larkin adlı şəxs donor gözləmə müddətində 555 gün ürəksiz yaşayıb. Ürəyi əvəz edən aparatı çantasında gəzdirən Sten onunla hətta basketbol oyunu oynamaq qərarına gəlib.

25 gün ərzində orqanizmdə dövr edən qanın miqdarı təxminən bir böyük su ilə dolu hovuza bərabərdir.

İnsan qanının 40%-ni itirsə belə yaşaya bilər. Lakin vaxtlı-vaxtında qan köçürmək lazımdır.

Ürək tutmaları 21% hallarda birinci günü baş verir. İkinci yerdə isə cümə günü durur. Alimlər bunu həftənin əvvəlində stress hormonunun yüksəlməsi ilə əlaqələndirirlər.

Ürək döyüntüsü özünüidarəyə təsir göstərir. Alimlər belə bir fenomeni əməliyyat zamanı kişiyə donor ürək köçürüldükdən sonra müşahidə ediblər. Əməliyyatdan sonra həmin insanın dünyagörüşü, hissləri və hərəkətləri fərqli olub, sanki o tamam başqa adama çevrilib.

Ürək tutması riskini azaltmaq üçün səhərlər yuxudan sakit şəkildə oyanmaq lazımdır, səksəkəli şəkildə yox.

Qan qrupuna uyğun pəhriz işə yaramır. Toronto Universitetinin alimləri sübut ediblər ki, qan qrupu üzrə pəhriz cədvəli mifdən başqa bir şey deyil.

Könül Əliyeva, “İki sahil”