07 avqust 2019 20:19
206

Beynimiz necə işləyir?

Beyni  anlamaq əslində çətin məsələdi. Bəzi alimlər  bütün  həyatlarını beynin necə işlədiyini öyrənməyə sərf ediblər.

Səs-küylü otaqlarda telefon danışıqlarını eşidə bilməzsiniz. Beyin telefondan və ətrafdan gələn səs-küyləri eyni anda ayırd edə  bilmir.

Yuxuya gedərkən əsnəməyə başlasanız, yuxunuz qaçacaq. Bu zaman ciyərləriniz daha çox hava udacaq və  beyninizə gedən oksigen artacaq.

Biz bezdirici  olsa belə,  bəzi mahnıları məcburi yaddaşımızda saxlayırıq. “Ardıcıl xatırlatmalar” adlanan bu proses gündəlik eşitdiyimiz mahnıların beynimizə həkk olmağına səbəb olur.

Beyin soyuducunun işığından daha az güc istifadə edir. Beyin  gündəlik 12 vat güc istifadə edir. Bu da bədən enerjisinin 17% -i deməkdir.

Yüksəklik beynin qəribə təsəvvürlərini görməyə məcbur edir. Oksigen çatışmazlığı vizual və emosional gedişatına  mane ola bilər

Döyüş anlamlı  oyunlar insanın eyni anda  çoxtərəfli iş görməsinə  kömək edir. Çox sayda düşməni vurmaq diqqətinizi daha da genişləndirir və  hadisələrə daim reaksiya verməyə kömək edir.

Əslində insanın özünü qıdıqlamağı mümkünsüzdür. Nə zaman insan özünü qıdıqlamağa çalışsa da həmin nəticə olmayacaq.

Beyinin çəkisi təqribən 1.36 kq-dır.

Beyinin  hardasa 75%-i  sudan ibarətdir.

18 yaşında beyniniz böyüməyi dayandırır.

Beynimiz bədəndəki ümumi oksigenin 20% -ni istifadə edir.

Tədqiqatlar göstərir ki, yuxu zamanı beyin dalğaları oyaq  vaxtımızdan  daha aktivdir.

Artıq stresin hormonları, beyin hüceyrələrini və quruluşunu? funksiyasını dəyişdirdiyini göstərmişdir.

Beyin 4-6 dəqiqə oksigensiz yaşa bilər və sonra fəaliyyətini dayandırar. Oksigen çatışmazlığı  beynin zədələnməsinə səbəb olur.

Yüksək səslə  oxumaq və tez-tez  uşaqla danışmaq beynin inkişafına kömək edir.

Yeni doğulmuş körpənin beyni  bir yaşına qədər  körpünün beynindən üç qat tez  böyür.

60%-i yağdan ibarət olan beyin orqanizmimizin ən  yağlı orqanı hesab olunur.

thefactsite.com saytının materialları əsasında hazırladılar:

Leyla Şıxəli Bayramlı

Fidan Əlizadə