Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
30 iyun 2020 18:41
636

Beşmərtəbəli yataqxanada yanğın - 4 nəfər xilas edilib

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları və ümumi dəhliz 8 m² sahədə yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.