16 sentyabr 2020 12:14
282

Bəşirli kəndində subartezian quyusu istifadəyə verilib - FOTO

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Bəşirli kəndində yenidənqurmadan  sonra  istifadəyə verilən subartezian quyusunun açılışında iştirak ediblər.

"İki sahil" xəbər verir ki, burada əhalinin  içməli suyuna tələbatının ödənilməsi üçün 120-dən çox fərdi evə xidmət göstərilməsi nəzərdə tutulan 40 tonluq su çəni quraşdırılıb.

Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin başçısı və deputat bir qrup kənd sakinləri, ağsaqqal və ziyalılarla görüşüb, mövcud problemlərin həlli ilə bağlı müzakirələr aparıblar.