Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 oktyabr 2020 15:52
311

Bərdədə ölənlərin hər biri günahsız insanlardır

Ermənistan Bərdə şəhərində soyqırımı aktı törədib.

"İki sahil"in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ölənlərin sayı 20-yə çatır, 40-dan çox yaralı var: "Hər biri günahsız sakinlərdir. Biz "Human Rights Watch" və "Amnesty İnternational"ı Ermənistanın hərbi cinayətlərini araşdırmağa dəvət edirik".