17 oktyabr 2019 16:48
156

Belçikada əcnəbi işçilərin sayı artır

Belçikada işləyən hər yeddi adamdan biri əcnəbi vətəndaşdır.

AZƏRTAC xəbər verir ki, “Atsert Statistiks” tədqiqat təşkilatının bu gün açıqlanmış məruzəsində belə deyilir. Bu məlumat son 5 ildə Belçikada əcnəbi işçilərin sayının artdığını göstərir.

Brüsseldə işləyən əcnəbi vətəndaşların faizi daha çoxdur, paytaxtda işləyənlərin dörddəbir hissəsindən çoxunun Belçika vətəndaşlığı yoxdur. Belçikanın Brüssel rayonunda onların payı 27,4 faizə çatır.

Belçikada Avropa İttifaqının üzvü olan ölkələrin vətəndaşları arasında Niderland, Rumıniya, Polşa, Çexiya və Bolqarıstandan olanlar liderlik edirlər. Bu ölkələr həmin kateqoriya üzrə ilk beşliyə daxildir. Mərakeş, Türkiyə, Konqo, Rusiya və Hindistan Aİ-nin üzvü olmayan ilk beş ölkə sırasındadır.