28 fevral 2020 10:46
1534

Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib

“Belaruskaya Prauga” nəşrində yer alan məqalədə Xocalı soyqırımı zamanı 613 nəfərin qətlə yetirildiyi, onların arasında uşaq, qadın və qocaların olduğu vurğulanır.

Müəllif qeyd edir ki, bütün dünya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən qanlı hadisəni xatırlayır. Qadın və uşaqların, qocaların meyitləri küçələrdə idi, ətrafda evlər yanırdı. Artıq on illərdi Azərbaycan dövləti, xalqı beynəlxalq ictimaiyyətin diqqətini Xocalı faciəsinə yönəldib. Artıq dünyanın bir çox parlamentləri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb.

Məqalədə Xocalı faciəsi ilə bağlı bir sıra faktlar da qeyd olunub. //AZƏRTAC