25 fevral 2020 17:41
1006

Bəhreyndə koronavirusa yoluxanların sayı kəskin artdı

Bu gün Bəhreyndə daha 9 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 17 nəfərə çatıb.

Xatırladaq ki, dünyada 80 348 nəfər koronavirusa yoluxub. Həmin faktlardan 77 658-i Çində qeydə alınıb. Epidemiya 2 707 nəfərin ölümünə səbəb olub. Ölüm hallarından 2 663-ü Çində baş verib.